Bayramzadegroup BakuBuild 15-17.04.2024 tarixli Sərgisində Erset Məhsulları ilə İştirak Etmişdir.

 

Bayramzadegroup BakuBuild 2024 Beynəlxalq Tikinti  Sərgisində Erset Qaldırıcı qurğularını sərgiləmişdir.

Sərgidə Erset şirkətinə məxsus yüksək keyfiyyətli  qaldırıcı  platforma və yük liftləri Azərbaycan tikinti sektorunda  bir yenilikdir.  Dişli çarxlar  vasitəsi ilə hərəkət edən bu qaldırıcı qurğular tikinti sektoru nümayəndələri tərəfindən böyük marağla qarşılanmışdır. Binanın dizaynına uyğunlaşması, yüksək çəki qaldırma gücünə malik olub, 200 metrə qədər yüksələ bilməsi məhsulların ən vacib özəlikləri olub diqqət çəkmişdir.

Sərgidə  Bayramzadegroup MMC -nin idarə  heyəti – başda Mehmet Ali Yıldız  və Aysu Bayramzadə olmaqla ,Erset şirkətinin sahibi Alaettin Devlet Eminer, beynəlxalq satış müdiri Salih koçak öz nümayəndələri ilə birlikdə iştirak etmişlər.