Tikinti layihələriniz üçün yüksək yükdaşıma qabiliyyətinə malik, beynəlxalq sertifikatlı qəlib və iskələ sistemlərinin satışı və icarəsi. Vaxta qənaət edən, təhlükəsiz və davamlı konstruksiyalarla tikintinizi möhkəm təməllər üzərində qurun.
Beton konstruksiyaların dəqiq və təhlükəsiz formalaşdırılması üçün müasir mühəndislik həlləri təqdim edirik. Teleskopik dirəklər və H20 tirlərlə təchiz olunmuş döşəmə qəlibləri, ağır yüklərə dözümlü pərdə və sütun panelləri, həmçinin dar sahələr üçün birtərəfli və hündürmərtəbəli binalar üçün dırmanan qəlib sistemlərimizlə layihənizin hər mərhələsində dəqiqliyi təmin edirik.
Yalnız keyfiyyətli avadanlıq təmin etmir, həm də layihənizə uyğun mühəndis hesablamaları, operativ çatdırılma və sahədə peşəkar montaj dəstəyi göstəririk. Bütün sistemlərimiz ISO və Avropa EN standartlarına tam cavab verir, bu da tikinti sahəsində sıfır xəta və yüksək əmək təhlükəsizliyi deməkdir. Yeni və ya işlənmiş avadanlıqlarımızı sərfəli icarə və satış şərtləri ilə əldə edə bilərsiniz.
H tipli təhlükəsiz iskələ sistemində tənzimləmə mili, başlanğıc dirəyi, H xətti (H çərçivə), məhəccər, ucluq məhəccəri, diaqonal (çarpaz), ayaqaltı , nərdivan, təhlükəsizlik süpürgəliyi mövcuddur. Bunlara əlavə olaraq, sahə şəraitindən asılı olaraq yarım H çərçivə, uzatmalar, sabit sıxac (kələpçə) və fırlanan sıxac elementlərindən istifadə olunur.
H tipli Fasad təhlükəsizlikli iskələ sistemi EN12810 və EN12811 standartlarına cavab verir. İş sahəsi 300 kg/kvm bərabərpaylanmış yük müqavimətinə sahibdir. EN12811-1 standartında yer alan yük cədvəli aşağıdakı kimidir.H tipli fasad iskələ üçün yükədavamlılıq cədvəldə qırmızı rənglə işarələnmişdir.
Flanşlı iskələ-qəlib sistemi tənzimləmə mili, başlanğıc ayağı , şaquli dirək , üfüqi dirək , diaqonal , ayaqaltı, nərdivan və dəstək ayağından ibarətdir. Bunlara əlavə olaraq, şəraitdən asılı olaraq yarım uzatma, sabit sıxac (kələpçə) və hərəkətli sıxac elementlərindən istifadə olunur.
Flanşlı iskələ-qəlib sistemi EN12810 və EN12811 tələblərinə uyğun qeyd olunan yüklər üçün istehsal olunmuşdur. İş sahəsi üzərində 300 kg/kvm bərabərpaylanmış yük müqavimətinə sahibdir. EN12811-1 standartında yer alan yük cədvəli aşağıdakı kimidir. Flanşlı iskələnin davamlılıq sinfi üçün yük qırmızı rənglə işarələnmişdir.
Masa tipli teleskopik qəlibaltı iskələ sistemi tənzimləmə mili, masa çərçivəsi, diaqonal (çarpaz), 4-yollu başlıq və onun üzərindəki taxta qəlib sistemindən ibarətdir. Masa tipli teleskopik qəlibaltı isgələ sistemi EN12813 normativinə (standartına) uyğun olaraq istehsal edilir. Standart çərçivə eni 150 sm, hündürlükləri isə 110, 150 və 180 sm-dir. Çərçivələr 100, 150 və 200 sm məsafələrlə yerləşdirilir və diaqonallarla sabitlənilir. İsgələ sisteminin alt hissəsində alt tənzimləmə mili, üst hissəsində isə 4-istiqamətli başlıq mövcuddur. İsgələ-qəlib bu elementlər vasitəsilə tərəziyə gətirilir (səviyyəsi nizamlanır). İsgələ sisteminin montajı bütöv tək bir parça halında edilərək formalaşdırılan masa modulu, yerinə də bütöv şəkildə yerləşdirilir və daxilindəki proseslər isgələ-qəlib sisteminin qurulmasının sürətlənməsinə kömək edir. İsgələ sisteminin ən üst hissəsində H20 taxta tir, 10×10 taxta tir və ya fərqli kəsiklərə malik oxşar taxta tirlər ilə qəlib sistemi qurulur. Ən üstdə isə kontrplak (faner) vasitəsilə qəlibin səthi formalaşdırılır.
Torpaqaltı (bünövrə/zirzəmi) ağır yük isgələ sistemi, dəmir-beton döşəmə və tiraltı sahələrdə istifadə olunan daşıyıcı bir sistemdir.
İstifadə olunacaq sahəyə və layihə xüsusiyyətlərinə bağlı olaraq montaj formaları fərqlənə bilər.
Sistemin qurulmasında əsas daşıma prinsipi, üzərində istifadə olunacaq taxta materialın daşıma qabiliyyətidir (H20 taxta tir). Sistem taxta materialın daşıma qabiliyyətinə və betonun çəkisinə (ağırlığına) uyğun olaraq layihələndirilir.
Mobil iskələ (səyyar iskələ) – tikinti, təmir-bərpa və texniki qulluq işlərində istifadə olunan, təkərli quruluşa malik müvəqqəti bir platformadır. Bu iskələlər iş sahələri arasında asanlıqla hərəkət etdirilə bilmələri ilə tanınır. Xüsusilə hündürlük tələb edən işlərdə əməyin təhlükəsizliyi və əlçatanlıq rahatlığı baxımından üstünlük verilən mobil iskələlər, montajı və sökülməsi asan olan yüngül konstruksiyaları ilə də seçilir. İşlərin sürətli və səmərəli şəkildə tamamlanmasına imkan yaradan bu iskələ növü, xüsusilə dinamik iş mühitləri üçün idealdır.