·6 ildən çox təcrübə və peşəkar usta komandası
·Yalnız yüksək keyfiyyətli materiallar
·Zəmanətli iş və vaxtında təhvil
Dəyər artımı: Keyfiyyətli fasad əmlakın bazar
dəyərini 20-30% artıra bilər.
1.Yerində baxış və ölçülərin götürülməsi
·Obyektin mövcud vəziyyətinin vizual və cihazla yoxlanması
·Fasadın çat, nəm, duzlaşma, soyulma kimi risklərinin diaqnostikası
·Ölçülərin lazer məsafəölçənlə dəqiq götürülməsi (m² hesablaması)
2. Layihələndirmə və smeta
Texniki tapşırıq əsasında material seçimi (tarsofka, termo aqlay,
kompozit və s.) müəyyən edilir, eskizlər tərtib olunur, iş həcmləri və
fasad qiymətləri smetada göstərilir. Büdcə və vaxt planı müştəri ilə
razılaşdırılır.
3.Səthin hazırlanması
·Köhnə örtüyün mexaniki təmizlənməsi, tozdan arındırılması
·Antiseptik və astar tətbiqi (yapışma gücünün artırılması)
·Çatlar üçün şpaklyovka və mesh (tor) ilə möhkəmləndirmə
4. İstilik izolyasiyası (lazım olduqda)
Mineral yun və ya EPS plitələr dübelsiz yalnız yapışqanla deyil,
həm də mexaniki dübellərlə bərkidilir. Künclər və pəncərə
açılımları üçün profil və damcılıq elementləri istifadə olunur.
5. Üzlük və dekorativ qat
· Tarsofka: əsas qat + dekorativ qat + lazımsa daş çipləri
· Termo aqlay: yapışqan qat, aqlay plitənin montajı, tikiş emalı
· Kompozit: alt karkas (alüminium), panel montajı, dilatasiya
tikişləri
6. Fasad boyası (UV-davamlı)
Rəng seçimi RAL kataloquna əsasən edilir. UV və nəmə davamlı
boya 2–3 qat tətbiq olunur. Rəng stabil qalması üçün silikon-akril
əsaslı sistemlər üstünlük təşkil edir.
7.Təmizlik, təhvil və zəmanət
İş sahəsi təmizlənir, son vizual və texniki yoxlama aparılır, zəmanət sənədi təqdim
olunur. Əlaqə səhifəsi vasitəsilə post-servis dəstəyi göstərilir.
Tarsofka fasad ənənəvi, lakin çox davamlı sistemdir. Tarsofka həm suya, həm də günəşə qarşı dayanıqlıdır. Təbii daş görünüşü verir və uzun illər dəyişmədən qalır.
Tarsofka fasadın xüsusiyyətləri
· Suya və günəşə qarşı yüksək davamlılıq
· Mexaniki zərbələrə qarşı möhkəmlik
· Təbii daş görünüşü
· 15 ildən çox istismar müddəti
Bayramzadegroup bu prosesdə keyfiyyət standartlarına uyğun materiallardan istifadə edir.
Fasad üzlənməsi – təbii ağac görünümə sahib kompozit
taxta üzləmə evlərin, villaların, ofislərin, otellərin fasadını
gözəlləşdirmək üçün ideal seçimdir. Əsasən biznes
mərkəzlərində və müasir tikililərdə istifadə olunur.
Alüminium panellərdən ibarət bu sistemlər həm yüngül,
həm də uzunömürlüdür. Rəng və forma baxımından geniş seçim imkanı verir.
İstilik izolyasiyasını və dekorativ görünüşü birləşdirən müasir texnologiyadır- həm istilik saxlanılır, həm də binaya müasir görünüş verilir.
Villalar və fərdi evlərdə daha çox
dekorativ fasad növləri seçilir. Bu
üsulda səthə müxtəlif naxışlar,
relyeflər və teksturalar tətbiq olunur.
Termo panel fasad sistemi penoplast və ya mineral yun üzərində aqlay qatı ilə yaradılır. Bu sistem istilik izolyasiyasını təmin etməklə yanaşı, binanın səthini xarici təsirlərdən qoruyur. Qışda isti, yayda sərin mühit yaradır.